2001-ci ildə Dokuz Eylül Universitetinin müəllimlərindən Dr. Bahattin Taylan tərəfindən yaradılan Proks Sertifikatlaşdırma və Xüsusi Təhsil Xidmətləri MMC 2009-ci ildə İngiltərənin UKAS tərəfindən akkreditə olunmuş sertifikatlaşdırma təşkilatlarından ISOQAR-ın Türkiyə nümayəndəliyini almışdır. Yenə eyni il tərəfdaşlıq quruluşu Dr. Bahattin Taylan, Alper Öztürk və Özlem Kurucu olaraq dəyişiklik göstərmişdir.

2014-ci ildə TURKAK akkreditasiya prosesini yekunlaşdıraraq ISO 9001, ISO 14001, ISO 22000 və ISO 27001 sistem sertifikatlarını verməyə haqq qazanmışdır.

Kiçik, orta və böyük miqyaslı yerli və xarici təşkilatlara xidmət verən Proks, hər cür müştəri tələblərinə cavab verən attestasiyaya və infrastruktura malikdir.

Proks Sertifikatlaşdırma olaraq məqsədimiz tərəfsiz, standardlara uyğun, müştəri məmnuniyyətini ön planda tutan, dəyər yaradan auditlar apararaq firmalarımıza fayda verməkdir.

Niyə audit üçün Proks Sertifikatlaşdırmanı seçməlisiniz?

  • Dəyər Yaradan Auditlər

  • Mövcud Auditorlar

  • Dost ve Realist Konsepsiya

  • Sahəsində Mütəxəssis Komanda

  • Sürətli Rəy

  • İzlənilə bilmə

Proks, sertifikatlaşdırma və nəzarət xidmətlərini, personal vəziyyəti uyğun olduğu təqdirdə, Türkiyə sərhədləri içərisində və K.K.T.C. ölkələrində həyata keçirəcəkdir.

Müraciət formu

Müraciət formasını kompüterinizə endirmək üçün tıklayınız.